Dünyanın müxtəlif bölgələrində gün ərzində normadan artıq yağan yağış infrastruktur sistemlərinə ciddi təsir göstərir. Xüsusilə şəhər kollektor və drenaj sistemlərinin yüklənməsi nəticəsində bir çox ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranır.
Sfera.az bildirir ki, hazırda Ermənistanda leysan xarakterli yağışlar səbəbindən bəzi yaşayış məntəqələrində su basmaları qeydə alınıb. Oxşar vəziyyət bir müddət əvvəl Gürcüstanda da müşahidə olunmuş, güclü yağışlar nəticəsində küçələrdə suyun səviyyəsi artmışdı. Bundan əlavə, Dubay və digər ölkələrdə də intensiv yağıntılar nəticəsində yaranan fəsadları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmaqdadır. Həmin kadrlarda yolların su altında qalması, nəqliyyatın hərəkətində çətinliklər və gündəlik həyatın iflic olması açıq şəkildə görünür.
Mütəxəssislər bildirirlər ki, bu cür halların əsas səbəbi qısa müddət ərzində düşən yağıntının həddindən artıq olması və mövcud drenaj sistemlərinin bu yükə uyğun layihələndirilməməsidir. Nəticədə suyun vaxtında kənarlaşdırılması mümkün olmur və lokal daşqınlar baş verir.
Qeyd olunur ki, iqlim dəyişiklikləri fonunda bu tip ekstremal hava hadisələrinin daha tez-tez baş verməsi ehtimalı artır və bu da şəhər infrastrukturunun yenidən nəzərdən keçirilməsini zəruri edir.
İnci
b