Naftalan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az  APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.


 


Hərəkətdə olan VAZ-2107 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.


 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.