İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinə hücum edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb. ABŞ və İsrailin hücumlarını şərh edən M.Musəvi bildirib:
"ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinin əməkdaşları dərhal iş yerlərini tərk etməlidirlər ki, həyatları təhlükəyə məruz qalmasın"./mətbuat.az