Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri müəyyənləşib.


 


Sfera.az Trend-ə istinadla bildirir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin fevralın 5-də imzaladığı müvafiq qərar martın 28-dən qüvvəyə minib.


 


Qərara əsasən, xidmət haqqı məbləğləri aşağıdakı kimi təsdiqlənib:


 


 






Sıra


nömrəsi




Xidmətin adı




Ölçü vahidi




Xidmət haqqının məbləği






1




2




3




4






1.




qeyri-müntəzəm (çarter) uçuş marşrutuna icazənin verilməsi üzrə müraciətin "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa və mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması






1.1.




birdəfəlik uçuşun yerinə yetirilməsinə dair




hər uçuş üçün




100,0 avro






1.2.




uçuşun uçuş proqramı əsasında 3 ay müddətinədək yerinə yetirilməsinə dair




hər uçuş proqramı üçün




1000,0 avro






1.3.




uçuşun uçuş proqramı əsasında 3 aydan 6 ay müddətinədək yerinə yetirilməsinə dair




hər uçuş proqramı üçün




1500,0 avro






2.




Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uçuş marşrutunun təsdiq edilməsi üzrə müraciətin mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması




hər uçuş marşrutu üçün




100,0 manat






3.




mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına təsdiqetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər icazə üçün




200,0 manat






4.




mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına azadetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər icazə üçün




500,0 manat






5.




aviasiya subyektlərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi




hər subyekt üçün




5000,0 manat






6.




aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlığa xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sertifikatın etibarlılığının təsdiq edilməsi




ümumi dəyəri 1000 manatdan aşağı olan avadanlıq istisna olmaqla hər avadanlığın növü üzrə




1000,0 manat






7.




aviasiya təhlükəsizliyinə dair baxış üzrə operatorun bilik və bacarığının qiymətləndirilməsi




hər namizəd şəxs üçün




40,0 manat






8.




aviasiya təhlükəsizliyi üzrə instruktorun bilik və bacarığının qiymətləndirilməsi




hər namizəd şəxs üçün




150,0 manat






9.




aviasiya tədris mərkəzinin aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi




hər tədris mərkəzi üçün




2000,0 manat






10.




aviasiya təhlükəsizliyi proqramının təsdiq edilməsi




hər proqram üçün




500,0 manat






11.




aviasiya təhlükəsizliyi proqramına edilən dəyişikliklərə razılığın verilməsi




hər proqram üçün




100,0 manat






12.




təhlükəli yüklərin daşınmasına dair prosedurun (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi




hər prosedur üçün




500,0 manat






13.




təhlükəli yüklərin daşınmasına dair prosedura edilmiş dəyişikliklərin (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi




hər prosedur üçün




100,0 manat






14.




Azərbaycan Respublikasında fəaliyyət göstərən hava gəmisinin istismarçılarının uçuş heyətinə uçuş heyəti üzvünün vəsiqəsinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər uçuş heyəti üzvü üçün




70,0 manat






15.




Azərbaycan Respublikasında fəaliyyət göstərən digər dövlətdə qeydiyyatda olan hava gəmisinin istismarçılarının nümayəndəliklərinin əməkdaşlarına hava limanının nəzarət edilən zonalarına buraxılış vərəqələrinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər əməkdaş üçün




140,0 manat






16.




təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması üçün xarici dövlətdə alınmış istismarçı sertifikatında müvafiq icazəsi olan xarici dövlətin istismarçısının icazəsinin tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər tanınma üçün




1000,0 manat






17.




Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə prosedurunun və ya təlim proqramının təsdiq edilməsi




hər prosedur və ya təlim proqramı üçün




500,0 manat






18.




Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə proseduruna və ya təlim proqramına dəyişikliklərin təsdiq edilməsi




hər prosedur və ya təlim proqramı üçün




250,0 manat






19.




imtahanların, praktiki bacarıq testinin, bacarıq yoxlamasının və səriştə qiymətləndirilməsinin həyata keçirilməsi






19.1.




xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün imtahanın həyata keçirilməsi




hər iştirak üçün




200,0 manat






19.2.




nəzəri bilik imtahanının həyata keçirilməsi




hər iştirak üçün




50,0 manat






19.3.




praktiki bacarıq testinin, bacarıq yoxlamasının və ya səriştə qiymətləndirilməsinin həyata keçirilməsi




hər praktiki bacarıq testi, bacarıq yoxlaması və ya səriştə qiymətləndirilməsində iştirak üçün




500,0 manat






20.




şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması, şəhadətnaməyə dəyişiklik edilməsi və ya konvertasiya olunması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






20.1.




şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması və ya konvertasiya olunması üzrə müraciətin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






20.1.1.




nəqliyyat pilotu və çoxheyətli pilot




hər şəhadətnamə üçün




500,0 manat






20.1.2.




kommersiya pilotu




hər şəhadətnamə üçün




400,0 manat






20.1.3.




həvəskar pilot




hər şəhadətnamə üçün




300,0 manat






20.1.4.




hava şarı pilotu




hər şəhadətnamə üçün




250,0 manat






20.1.5.




məsafədən idarə edən pilot (operator)




hər şəhadətnamə üçün




250,0 manat






20.1.6.




kabinə heyəti




hər şəhadətnamə üçün




200,0 manat






20.1.7.




naviqator, bort mühəndisi, bort radiooperatoru (bort radist)




hər şəhadətnamə üçün




400,0 manat






20.1.8.




havada hərəkəti idarəetmə dispetçeri




hər şəhadətnamə üçün




350,0 manat






20.1.9.




uçuş dispetçeri




hər şəhadətnamə üçün




200,0 manat






20.1.10.




hava gəmisi texniki




hər şəhadətnamə üçün




300,0 manat






20.2.




şəhadətnaməyə dəyişiklik edilməsi




hər dəyişiklik üçün




100,0 manat






21.




sertifikatın verilməsi, sertifikatın müddətinin uzadılması və ya sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






21.1.




uçuş heyətinə təlim keçən təlimçilər




hər sertifikat üçün




500,0 manat






21.2.




digər aviasiya personalına təlim keçən təlimçilər




hər sertifikat üçün




400,0 manat






21.3.




uçuş heyətinin bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar




hər sertifikat üçün




700,0 manat






21.4.




digər aviasiya personalının bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar




hər sertifikat üçün




500,0 manat






22.




ixtisas qeydlərinin verilməsi, yenidən təsdiq edilməsi, müddətinin uzadılması və ixtisas qeydinə dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






22.1.




uçuş heyəti




hər qeyd üçün




200,0 manat






22.2.




havada hərəkəti idarəetmə dispetçeri




hər qeyd üçün




200,0 manat






22.3.




hava gəmisi texniki




hər qeyd üçün




200,0 manat






22.4.




digər aviasiya personalı




hər qeyd üçün




150,0 manat






23.




şəhadətnamələrə əlavə qeydlərin daxil edilməsi




hər qeyd üçün




100,0 manat






24.




şəhadətnamə, ixtisas qeydi, sertifikat və digər əlaqəli sənədlər üzrə üzv dövlətdə verilmiş analoji sənədin etibarlılığının təsdiq edilməsi




hər sənəd üçün




700,0 manat






25.




üzv dövlət tərəfindən verilmiş şəhadətnamə imtiyazlarının doğrulanması




hər imtiyazın doğrulanması üçün




50,0 manat






26.




şəhadətnamə, vəsiqə və ya sertifikatlara tətbiq edilən məhdudiyyətlərin ləğvi




hər məhdudiyyət üçün




100,0 manat






27.




şəhadətnamə, vəsiqə və ya sertifikatın dublikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər dublikat üçün




100,0 manat






28.




aviasiya tibb eksperti tərəfindən aparılan aviasiya-tibbi müayinə və qiymətləndirilmələrin nəticələrini əks etdirən hesabatın və ekvivalent sənədin qiymətləndirilməsi




hər nəfər üçün




150,0 manat






29.




hava gəmisinin növ sertifikatının tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər hava gəmisi üçün




10000,0 manat






30.




xüsusi uçuş icazəsinin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər icazə istənilən uçuş üçün




2000,0 manat






31.




hava gəmisinə uçuşa yararlılıq sertifikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, habelə sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, müffətiş yoxlamalarının keçirilməsi






31.1.




çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




5000,0 manat






31.2.




çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




7500,0 manat






31.3.




çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




10000,0 manat






31.4.




çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




15000,0 manat






31.5.




çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




20000,0 manat






31.6.




çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün




hər sertifikat üçün




25000,0 manat






32.




ixrac üçün uçuşa yararlılıq sertifikatının verilməsi üzrə müffətiş yoxlamasının keçirilməsi






32.1.




çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




2500,0 manat






32.2.




çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




5000,0 manat






32.3.




çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




7500,0 manat






32.4.




çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




10000,0 manat






32.5.




çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün




hər sertifikat üçün




12500,0 manat






32.6.




çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün




hər sertifikat üçün




15000,0 manat






33.




hava gəmisində modifikasiyalar və ya təmirlərin yerinə yetirilməsinə dair məlumatların təsdiq edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər modifikasiya və ya təmir üçün




1000,0 manat






34.




səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikatın verilməsi və ya yenidən rəsmiləşdirilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün




2000,0 manat






35.




radioavadanlıq sertifikatının verilməsi və ya yenidən rəsmilədirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün




1000,0 manat






36.




mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilata təsdiq və tanınma sertifikatlarının verilməsi, sertifikata dəyişikliklərin edilməsi və sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






36.1.




sertifikatın verilməsi üzrə




hər təşkilat üçün




10000,0 manat






36.2.




sertifikata dəyişikliklərin edilməsi üzrə




hər dəyişiklik üçün




3000,0 manat






36.3.




sertifikatın müddətinin uzadılması üzrə




hər təşkilat üçün




5000,0 manat






37.




texniki xidmət proqramının və ya proqrama edilmiş dəyişikliklərin təsdiq edilməsi




hər proqram üçün




1000,0 manat






hər dəyişiklik üçün






38.




mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilata təsdiq sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması






38.1.




sertifikatın verilməsi üzrə




hər təşkilat üçün




5000,0 manat






38.2.




sertifikata dəyişikliklərin edilməsi üzrə




hər dəyişiklik üçün




2000,0 manat






38.3.




sertifikatın müddətinin uzadılması üzrə




hər təşkilat üçün




3000,0 manat






39.




təşkilatın təlimatının və ya təlimata edilən dəyişikliklərin təsdiq edilməsi




hər dəyişiklik üçün




1500,0 manat






40.




mülki hava gəmisinin dövlət qeydiyyatına alınması üçün daxil olmuş müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər hava gəmisi üçün




1000,0 manat






41.




mülki hava gəmisinin dövlət uçotuna alınması




hər hava gəmisi üçün




500,0 manat






42.




mülki hava gəmisinin dövlət reyestrindən çıxarılması




hər hava gəmisi üçün




2000,0 manat






43.




mülki hava gəmisinin uçuşa yararlılığı və uçuş əməliyyatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq standarta riayət etməkdən istisnanın verilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər istina üçün




1500,0 manat






44.




hava limanının və (və ya) aerodromun istismarçısının beynəlxalq standarta riayət etməkdən azadolma halı barədə qərarın qəbul edilməsi




hər qərar üçün




1500,0 manat






45.




pilotsuz uçuş aparatına qeydiyyat sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər mülki pilotsuz uçuş aparatı üçün




500,0 manat






46.




pilotsuz uçuş aparatı istismarçısına istismarçı sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər mülki pilotsuz uçuş aparatı üçün




1000,0 manat






47.




pilotsuz uçuş aparatı istismarçısına əməliyyat icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər mülki pilotsuz uçuş aparatı üçün




1000,0 manat






48.




hava gəmisinin minimum avadanlıq siyahısının (MEL) təsdiq edilməsi




hər MEL üçün




2000,0 manat






49.




hava gəmisinin minimum avadanlıq siyahısına (MEL) dəyişikliklərin təsdiq edilməsi




hər dəyişiklik üçün




100,0 manat






50.




xüsusi şəraitlərdə uçuş əməliyyatının yerinə yetirilməsinə icazənin verilməsinə dair istismarçı sertifikatında qeydlərin aparılması




hər qeyd üçün




2000,0 manat






51.




Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində hava gəmisinin istismarçısının istismarçı sertifikatının tələblərinə uyğunluğunun təmin edilməsi






51.1.




sərnişin daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə




Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üzrə




2 avro






51.2.




yük daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə




Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üzrə




0.60 avro






52.




hava gəmisinin istismarçısına istismarçı sertifikatın verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi






52.1.




hava şarına münasibətdə




hər sertifikat üçün




2000,0 manat






52.2.




pilotsuz uçuş aparatları istisna olmaqla, digər hava gəmilərinə münasibətdə




hər sertifikat üçün




10000,0 manat






53.




təlim təşkilatlarına, uçuşu və ya hava hərəkətini imitasiya edən təlim qurğusuna sertifikatların verilməsi, müddətinin uzadılması, eləcə də sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi






53.1.




sertifikatın verilməsi üzrə






53.1.1.




hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə




hər sertifikat üçün




2000,0 manat






53.1.2.




digər hava gəmilərinə münasibətdə




hər sertifikat üçün




10000,0 manat






53.2.




sertifikata dəyişikliklərin edilməsi üzrə




hər dəyişiklik üçün




2000,0 manat






53.3.




sertifikatın müddətinin uzadılması üzrə






53.3.1.




hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə




hər sertifikat üçün




2000,0 manat






53.3.2.




digər hava gəmilərinə münasibətdə




hər sertifikat üçün




5000,0 manat






54.




model pilotsuz uçuş aparatı klubuna və ya assosiasiyasına icazənin verilməsi və ya müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması




hər təşkilat üçün




2000,0 manat






55.




hava gəmisi istismarçısının istismar təlimatının (OM), habelə hava gəmisinin uçuş təlimatının (AFM) yoxlanılması və təsdiq edilməsi




hər təlimat üçün




1000 səhifəyədək – 500,0 manat 1000 səhifədən yuxarı – 1000,0 manat






56.




uçuş heyətinin istismar təlimatının (FCOM, QRH) (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) yoxlanılması və təsdiq edilməsi




hər təlimat üçün




1000 səhifəyədək – 250,0 manat 1000 səhifədən yuxarı – 500,0 manat






57.




təlim proqramının və ya təlim kursunun təsdiq edilməsi




hər təlim proqramı və təlim kursu üçün




2000,0 manat






58.




aviasiya tibb mərkəzi sertifikatının verilməsi ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər mərkəz üçün




10000,0 manat






59.




aviasiya tibb mərkəzi sertifikatının yenilənməsi və ya hüquqi qüvvəsinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər mərkəz üçün




5000,0 manat






60.




aviasiya tibb eksperti sertifikatının verilməsi və ya müddətinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər namizəd şəxs üçün




300,0 manat






61.




mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər hava limanı və aerodrom üçün




10000,0 manat






62.




mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər hava limanı və aerodrom üçün




10000,0 manat






63.




helikopter meydançalarına (helideklərə) sertifikatın verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər helikopter meydançası (helidek) üçün




5000,0 manat






64.




helikopter meydançalarına (helideklərə) sertifikatın yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi




hər helikopter meydançası (helidek) üçün




5000,0 manat






65.




mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatının (OM) yoxlanılması və təsdiq edilməsi




hər təlimat üçün




1500,0 manat






66.




mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatına (OM) edilmiş dəyişikliklərin yoxlanılması və təsdiq edilməsi




hər dəyişiklik üçün




1500,0 manat






67.




Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində yerüstü xidmət təminatçılarının sertifikat tələblərinə uyğunluğunun təmin edilməsi






67.1.




sərnişin daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə




Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üçün




2 avro






67.2.




yük daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə




Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üçün




0.60 avro






68.




hava hərəkəti xidmətlərini təmin edən təchizatçıya uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi






68.1.




sertifikatın verilməsi və ya müddətinin uzadılması üzrə




sertifikatlaşdırılması tələb olunan xidmətlərin sayına görə




3000,0 manat






68.2.




sertifikata dəyişikliklərin edilməsi üzrə




sertifikatda dəyişiklik edilməsi tələb olunan xidmətlərin sayına görə




1500,0 manat






69.




aeronaviqasiya üzrə təlim proqramının yoxlanılması və təsdiq edilməsi




hər təlim proqramı üzrə




1500,0 manat






70.




aeronaviqasiya sahəsi üzrə daxili prosedurun yoxlanılması və təsdiq edilməsi




hər prosedur üçün




1500,0 manat






71.




aeronaviqasiya sahəsi üzrə daxili prosedura dəyişikliklərin təsdiq edilməsi




hər prosedur üçün




1000,0 manat






Məqalədə: