Rusiya Baş nazirinin müavini Aleksandr Novak 1 aprel tarixindən etibarən benzin ixracının qadağan olunması ilə bağlı göstəriş verib.
Sfera.az xəbər verir ki, Novak neft sektorundakı vəziyyətlə bağlı keçirilən iclasda bildirib ki, Yaxın Şərqdəki böhran fonunda neft və neft məhsullarının qiymətlərində ciddi dalğalanmalar müşahidə olunur.
Bununla yanaşı, o, xarici bazarlarda Rusiya enerji resurslarına yüksək tələbatın davam etdiyini vurğulayıb.
Baş nazir müavini qeyd edib ki, ölkə daxilində benzin və dizel yanacağı ehtiyatları kifayət qədərdir və neft emalı zavodları daxili tələbatı qarşılamaq üçün yüksək güclə fəaliyyət göstərir. Onun sözlərinə görə, daxili bazarda sabitliyin qorunması prioritet məsələdir.
Aleksandr Novak 1 apreldən benzin ixracının qadağan edilməsi ilə bağlı qərar layihəsinin hazırlanması üçün Rusiya Energetika Nazirliyinə tapşırıq verib.
Qeyd edək ki, Rusiya daxili bazarda qiymət sabitliyini qorumaq məqsədilə müəyyən dövrlərdə müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir. Məlumatlara görə, ölkədə ötən il təxminən 5 milyon ton benzin istehsal olunub.
Bəsti Rəfizadə
Sfera.az