Küveyt Beynəlxalq Hava Limanı bir neçə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.


 


Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hücum nəticəsində hava limanının radar sistemlərinə ciddi ziyan dəyib. Mülki aviasiya qurumları əsas infrastrukturun zədələnməsinə baxmayaraq, hadisə zamanı heç kimin xəsarət almadığını açıqlayıb.


 


Rəsmilərin sözlərinə görə, təhlükəsizlik xidmətləri hadisədən sonra ərazidə əlavə tədbirlər görüb və vəziyyət nəzarət altına alınıb.


 


Bəsti Rəfizadə

Sfera.az