ABŞ-də yaşayan kulinariya həvəskarı Coşua Fiksen Nyu-Yorkda 24 saat ərzində 28 “Michelin” ulduzlu restorana baş çəkərək "Guinness World Records" rekordunu yeniləyib.


 


Sfera.az xəbər verir ki, Las-Veqas sakini olan Fiksen bu qeyri-adi “qastronomik marafon”a 9 may 2025-ci ildə "Oxomoco" restoranında başlayıb və növbəti gün Manhettendə yerləşən "Gramercy Tavern" məkanında yekun vurub.


 


Qeyd edək ki, o, daha əvvəl də bu rekorda sahib olub. Belə ki, 2023-cü ildə Nyu-Yorkda 22 “Michelin” restoranını ziyarət edərək rekord müəyyənləşdirmişdi. Lakin 2024-cü ildə Honq-Konqda 25 restorana baş çəkən hindistanlı kulinariya həvəskarları onun nəticəsini geridə qoymuşdu. Bu dəfə isə Fiksen rekordunu geri qaytarmağa nail olub.


 


Onun sözlərinə görə, bu rekord cəhdi həm fiziki, həm də maliyyə baxımından olduqca çətin olub.


 


“Ümumi xərci təsəvvür belə etmək istəmirəm. Yalnız yeməklərə təxminən 976 dollar xərclədim. Restoranlar arasında hərəkət etmək üçün nəqliyyata isə əlavə olaraq 474 dollara başa gəldi”, – deyə o bildirib.


 


Onun sözlərinə görə, bu dəfə dadmadığı və bəyənmədiyi heç bir yemək olmayıb.


 


Firuzə Əliyeva

Sfera.az