NASA 50 ildən sonra Aya həyata keçiriləcək ilk insanlı missiyası “Artemis 2” üçün kosmonavtları Kennedi Kosmik Mərkəzinə gətirib.
Sfera.az xəbər verir ki, missiyada iştirak edəcək kosmonavt Reid Viseman, Viktor Qlover, Kristina Koç və Kanada Kosmik Agentliyinin kosmonavtı Ceremi Hansen, Houstondakı “Johnson Kosmik Mərkəzi”dəki T-38 təyyarələri ilə səfər edib.
“Artemis 2”, 1972-ci ildə həyata keçirilən “Apollo 17” missiyasından bəri Aya keçiriləcək ilk insanlı səyahət olacaq. Kosmonavtlar təxminən 10 gün müddətində Ay ətrafında dolanaraq Yenidən Yerə qayıdacaqlar.
Missiya zamanı Aya eniş planlaşdırılmayıb. “Orion” kosmik gəmisi Ayın uzaq tərəfindən keçərək “sərbəst dönüş orbiti” adlanan marşrut üzrə hərəkət edəcək. Bu yolla böyük mühərrik manevrinə ehtiyac olmadan kosmik gəmi təbii yolla Yerə qayıda biləcək. Missiya həmçinin “Orion”un həyat dəstək sistemlərinin insanlı şəraitdə ilk testini təmin edəcək.
NASA planına görə, raketin yanacaq yüklənməsi 1 aprel tarixində başlayacaq və fırlatma həmin gün iki saatlıq müddət ərzində həyata keçiriləcək. Hər hansı problem yaranarsa, 1-6 aprel tarixləri arasında dörd əlavə cəhd imkanı mövcuddur. Bu cədvəl dəqiqləşməzsə, növbəti fırlatma 30 aprel üçün planlaşdırılıb.
“Artemis 2”, NASA-nın Ayda daimi insan varlığı yaratmağı hədəfləyən “Artemis” proqramının önəmli bir mərhələsi hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az