Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar fonunda İran ərazisindən 330-a yaxın Rusiya vətəndaşı təxliyə olunaraq Ermənistan üzərindən ölkələrinə qaytarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra ümumilikdə 327 Rusiya vətəndaşı Ermənistan ərazisi vasitəsilə Rusiyaya qayıdıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla ölkənin bir sıra iri şəhərləri hədəfə alınıb. Ağ Ev əməliyyatların İran tərəfindən yarandığı iddia edilən raket və nüvə təhlükəsi ilə əlaqədar həyata keçirildiyini açıqlayıb.
İran tərəfi isə hücumlara cavab olaraq əks-əməliyyat başladığını bəyan edib.
Hazırda regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və müxtəlif ölkələr öz vətəndaşlarının təxliyəsini davam etdirir.
Bəsti Rəfizadə
Sfera.az