Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Sfera.az-ın “Armenpress”ə istinadən məlumatına görə, Paşinyan İrəvanda vətəndaşlarla görüş zamanı Rusiya ilə əlaqələrlə bağlı suala cavab olaraq deyib ki, tezliklə Rusiyaya gedəcək.
"Biz əlaqələrimizi qoruyub saxlayırıq”, - deyə o qeyd edib.
Paşinyan həmçinin Rusiyanın Ermənistan üçün dost ölkə olduğunu vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az