62 yaşlı Bred Pitt "Süvarilər" filminin çəkilişləri üçün Amsterdama gəlib. Aktyor orada çox qeyri-adi geyimdə görünüb.


 


Sfera.az bildirir ki, Bred Pitt Edvard Bergerin rejissorluğu ilə çəkilən yeni "Süvarilər" filminin çəkilişləri üçün Hollandiyanın paytaxtına gəlib. Bred saçları dağınıq, alnında çapıq və köhnəlmiş paltarlarda görünüb


 


Amsterdamun mərkəzində çəkilişlər üçün küçələr müvəqqəti olaraq bağlanıb və xüsusi dekorasiyalar qurulub.


 


"Süvarilər" filminin çəkilişləri paytaxtın müxtəlif yerlərində, o cümlədən Amstel çayı boyunca və kanallarda aparılır. Səhnələr üçün qayıq evindən istifadə edilib, rekvizitlər və zibillərdən istifadə edilərək laqeydlik atmosferi yaradılıb.


 


Qrimdə olmasına baxmayaraq, Bred Pitt yoldan keçənlər tərəfindən dərhal tanınıb və lentə alınıb.


 


"Süvarilər" nədən bəhs edir?


 


Süjet Bredin həyat yoldaşı ilə birlikdə Avstraliyadan İrlandiyaya köçməsindən bəhs edir, lakin sonradan Bred yoxa çıxır. Həyat yoldaşı Bredi tapmaq üçün Avropaya yola düşür. Qeyd edək ki, çəkilişlər Yunanıstanda başlayıb.