Güclü sel sularının dağıtdığı Quba-Xınalıq yolu artıq açılıb.



 


Sfera.az xəbər verir ki,  yolun fəsadlar qeydə alınmış 31 və 32-ci kilometrliklərində bərpa-təmizləmə işləri aparılıb və nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa edilib.



 


Ərazidə həm Quba həm də əks istiqamətə avtomaşınlar maneəsiz hərəkət edir.

 


Quba FHK-dan Bizim.Media-ya verilən məlumata görə, yol kənarlarındaķı palçıq layları və qaya parçaları qarşıdakı günlərdə tam təmizlənəcək.