Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.


 


İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili aşıb. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.


 


***


 


Hadisə nəticəsində həlak olan şəxslərin kimliyi müəyyənləşib:


 


Belə ki, onlar yük avtomobilini idarə edən Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Tural İsmayılov ilə sərnişinlər – 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılovdur.