Dünyaca məşhur brend “Nestle” ağlasığmaz bir oğurluq hadisəsi ilə üzləşib. 




Sfera.az bildirir ki, “Nestle” 12 ton “KitKat” şokoladlarını daşıyan bir yük maşınının oğurlandığını açıqlayıb. İsveçrə brendi bu oğurluğun Pasxa bayramından əvvəl mağazalarda qıtlığa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 


 


“Nestle”dən verilən açıqlamada, məhsulu daşıyan bir yük maşınının tranzit zamanı oğurlandığı təsdiqlənib. Açıqlamaya görə, təxminən 12 ton ağırlığında bir yük ötən həftə istehsal və paylama məntəqələri arasında daşınarkən itkin düşüb.


 


Yük maşınının İtaliyadan Polşaya gedərkən oğurluandığı bildirilir.


 


Brendin sözçüsü oğruların qaçmağı bacardığını bildirib. "Nestle”nin açıqlamasında istintaqın səlahiyyətli orqanlar və təchizat zəncirləri ilə əməkdaşlıq çərçivəsində davam edəcəyi qeyd edilib.


 


Oğurlanmış malların hər bir şokolad batonunda olan partiya kodlarını skan etməklə izlənilə biləcəyi bildirilib.


 


"Uyğunluq aşkar edilərsə, skanerə “KitKat”ı necə xəbərdar etmək barədə aydın təlimatlar veriləcək və “KitKat” sübutları müvafiq olaraq paylaşacaq"-deyə bəyənata əlavə edilib.