"Qızıl top" mükafatı futbol azarkeşləri arasında tez-tez mübahisələrə səbəb olur.

 


Xüsusilə favorit hesab olunmayan futbolçunun qalib gəldiyi illərdə bu müzakirələr daha da alovlanır.

 


Sfera.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, 2026-cı ildə "Qızıl top"un qaydalarında müəyyən dəyişikliklər ediləcək.

 


Belə ki, səsvermə iştirakçılarına futbolçuların böyük oyunlardakı çıxışlarına xüsusi diqqət yetirmələri tövsiyə olunacaq.




Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb.

 


Həmin vaxt Lamin Yamal, Rafinya və Vitinya da əsas namizədlər arasında yer alırdılar.

 


Tarixdə ən çox "Qızıl top"a (8) isə Lionel Messi sahib çıxıb.