Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev ABŞ-nin Sietl şəhərində növbəti döyüşünü keçirib.


 


Sfera.az xəbər verir ki, 36 yaşlı idmançı İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.


 


O, rəqibini məğlub edərək qələbə qazanıb. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.


 


Xatırladaq ki, İqnasio Bahamondes sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.