Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.


 


Bu barədə Sfera.az-a sakinlər məlumat verib.


 


“Azəristilik”dən bildirilib ki, 3 gün öncə qəza baş verib.


 


Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq. Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.