“Qarabağ” xanım azarkeşlərinə növbəti dəfə jest edib.


 


Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər veirr ki, “Sabah”la oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlərin stadiona girişi ödənişsizdir.


 


Qeyd edək ki, qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.


 


Xatırladaq ki, Ağdam təmsilçisi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə də eyni təşəbbüs irəli sürmüşdü.