Qəbələdə yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

 


Sfera.az xəbər verir ki, hadisə rayonun Soltannuxa kəndində baş verib.

 


Vətəndaşa məxsus yaşayış evində başlayan yanğına dərhal FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

 


Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 


Evin kimə məxsus olması və hadisənin səbəbləri ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.