May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.


 


Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.


 


Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.


 


Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.


 


30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.


 


Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq./bizim.media