Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilir.
Sfera.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, aktyor ötən gün 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib./qafqazinfo