Artıq yeni bir aya girməyə hazırlaşırıq. Səmadakı fəaliyyət də öz axarında davam edir. 30 Mart - 4 Aprel 2026 həftəsində səma hərəkətləri xüsusilə yer və od bürcləri üçün əlverişlidir. Səma bu həftə bəzi bürclərin üzlərinə təbəssüm gətirəcək. Bəziləri karyeralarında gözəlliklə qarşılaşacaq, bəziləri isə şəxsi həyatlarında bunu yaşayacaq.




30 Martda Veneranın Buğa bürcünə girməsi və Günəşin Qoç bürcündəki güclü keçidi bəzi bürcləri bir addım irəli aparacaq. 


 


Sfera.az bu həftənin ən şanslı 3 bürcünü təqdim edir.


 


Buğa




Səbirsizliklə gözlədiyiniz tarix nəhayət gəlir. 30 martda sevgi və pul planeti olan Venera hakim bürcü olan Buğaya keçir. Bu, sizi həftənin "ən populyarı" edir. Bu dövrdə həm fiziki görünüşünüzdə, həm də sosial çevrənizdə parlayacağınız bir dövrə qədəm qoyursunuz. Ulduz ətrafında fırlanan planetlər kimi, insanlar da ətrafınıza toplaşacaq. Bu dövrdə maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün fürsətlərdən yararlanmaq istəyə bilərsiniz. Həmçinin, bu həftə münasibətlərinizdə özünüzü daha güclü və daha inamlı hiss edəcəksiniz. Sevgilinizlə münasibətlərinizdə daha rahat və açıq ola bilərsiniz. Sevgilisi olmayanlar yeni insanlarla tanış olmağa daha hazır ola bilər.


 


Qoç




Günəş bürcünüzdən keçməyə davam etdikcə, maneələrin bir-bir həll olunduğunu görəcəksiniz. Karyera və şəxsi məsələlərində xüsusilə kainat tərəfindən dəstəklənirsiniz. Bu dövrdə ətrafınızdakıların baxış bucağı daha müsbət olacaq və ideyalarınız daha çox qiymətləndiriləcək. Peşəkar həyatınızda yeni layihələr üçün təkliflər ala, mövcud işinizdə vəzifə yüksəlişi və ya maaş artımı kimi müsbət dəyişikliklərlə qarşılaşa bilərsiniz. Lakin, bu uğurlardan zövq alarkən təkəbbür və ya eqoist davranışlardan çəkinməyə diqqət yetirməlisiniz. Bu həftə fiziki enerjiniz zirvədə olduğu üçün atdığınız cəsarətli addımların bəhrəsini tez bir zamanda əldə edə bilərsiniz. Bu həftədən maksimum dərəcədə istifadə etmək həm karyeranız, həm də şəxsi inkişafınız üçün vacib bir fürsət ola bilər.


 




Şir




Veneranın Buğa bürcünə keçidi karyeranıza və sosial statusunuza işıq salır. Peşəkar həyatınızda rəhbərlərinizdən təqdir ala, yeni iş təklifləri və ya vəzifə yüksəlişləri ilə qarşılaşa bilərsiniz. Bu dövrdə istedadlarınızın tanınması və səylərinizin qiymətləndirilməsi üçün uyğun bir mühit yaradılır. Peşəkar həyatınızda rəhbərlərinizlə münasibətləriniz daha konstruktiv və məhsuldar ola bilər. Sosial dairənizdə sizi "axtarılan insan" olacağınız və özünəinamınızın olduqca yüksək olacağı bir həftə gözləyir. İnsanlar ideyalarınıza daha çox dəyər verməyə və sizinlə ünsiyyətdən zövq almağa başlaya bilərlər. Özünəinamın artması sizi yeni insanlarla tanış olmağa və fərqli mühitlərə girməyə təşviq edə bilər.


 


Son olaraq onu da tövsiyə edək ki, bu həftə Saturnun səmadakı təsiri səbəbindən, şans sizə yol açsa belə, planlı və intizamlı addımlar atmağınız məsləhətdir.


 


Aynil


Sfera.az