Biddi Meyson qucağında körpəsi ilə 1700 kilometrlik çətin bir səyahətə məcbur edildikdən sonra Kaliforniyaya gətirilib. Köləliyin qanunsuz olduğunu öyrəndikdən sonra məhkəməyə müraciət edib. Azadlığını qazandıqdan sonra o torpaq əraziləri alaraq, Los-Ancelesin ən varlı qadınlarından biri olub. 


 


Sfera.az bu dəfə sizə hədiyyə olaraq kölə verilib, milyonçu olan qadının inanılmaz uğur hekayəsini təqdim edir. 




Toy hədiyyəsi olaraq kölə verilən, pambıq tarlalarında işləməyə və 2750 kilometr piyada getməyə məcbur edilən Bridget Mason Corciya ştatında dünyaya gəlib. 


 


18 yaşına çatanda Robert Marion Smit və həyat yoldaşı Rebekkaya toy hədiyyəsi olaraq verilib. Rebekka ona "Biddi" deyə müraciət edirdi.


 


O, pambıq tarlalarında işləməyə məcbur edildi və Rebekka Smitin altı uşağın doğuşunda da mama kimi iştirak edib.


 


1847-ci ildə Mormon inancını qəbul edən Robert Smit ailəsini və heyvanlarını toplayıb Yuta ərazisinə köçmək qərarına gəlib. Smit ailəsi at belində səyahət edərkən Biddi heyvanlar və üç qızı ilə birlikdə Missisipidən Yutaya 7 ay ərzində 2750 kilometr piyada gedib. 


 


Kaliforniya 1850-ci ildə azad bir ştat elan edilmiş və onun konstitusiyasında köləliklə bağlı müddəalar var idi. Biddi bu elanı dostları vasitəsilə öyrənsə də, bunun ona aid olub-olmadığını bilmədən Smit ailəsinin köləsi olaraq qalmağa davam etmişdi. 


 


Elandan narahat olan Smit ailəsini və kölələrini toplayaraq o dövrdə köləliyin qanuni olduğu Texasa köçüb.


 


Lakin, bu zaman Robert Ouensin rəhbərlik etdiyi bir bölmə Smiti və ailəsini təqib edib. O, Biddi də daxil olmaqla bir çox kölənin azad edilməsini əmr edib.


Bu əmrə qarşı çıxan Smit Los-Ancelesdəki məhkəməyə müraciət edib.


 


Kaliforniya ştatının köləliyə qarşı qəti mövqeyinə baxmayaraq, qanunlar "ağların" lehinə idi. "Ağ dərililərə" qarşı ifadə vermək də qanunsuz idi.


 


Smit məhkəməyə gəlməmək üçün Biddinin vəkilinə rüşvət verib.


 


Buna baxmayaraq, məhkəmədəki hakim Biddinin işinə xüsusi maraq göstərdi. O, Biddinin və Smitin hekayəsindəki şahidlərlə təkbətək görüşüb onların ifadələrini dinlədi.


 


Smit kölə qadınların və uşaqların Mississippini öz istəkləri ilə tərk edən "ailəsinin üzvləri" olduğunu iddia etsə də, Biddi Texasa aparılmaqdan çox qorxduğunu bildirib. Hakim Biddinin sözlərinə inanmağı seçdi.  Məhkəmədən sonra ilk işi soyad seçmək olmuşdu. Həmin gündən etibarən hamı onu Biddi Meyson kimi tanıdı.  Məhkəmə işi ilə tanınan Meyson, məşhur həkim Dr. Con Stroter Qriffin də diqqətini çəkmişdi.


 


Meyson həmçinin rayon həbsxanasında məhbuslar üçün tibb bacısı kimi çalışıb. Onilliklər boyu təcrübəsindən sonra Los-Ancelesdə ən çox axtarılan mamaçalardan birinə çevrildi. 10 il pul yığdıqdan sonra daşınmaz əmlaka investisiya qoymaq istəyən Biddi, şəhərin kənarında, portağal və üzüm bağları ilə əhatə olunmuş bir torpaq sahəsi aldı. Meyson əmlak investisiyaları vasitəsilə tədricən daha çox sərvət topladı və bu sərvəti ehtiyacı olan icma üzvlərinə verməkdən heç vaxt çəkinmədi.


 


1872-ci ildə Birinci Afrika Metodist Yepiskopal Kilsəsi təşkil edildikdə, kilsənin əmlak vergilərini ödəmək üçün vəsait topladı. 1884-cü ildə Los-Ancelesdə qəfil baş verən daşqından sonra Meyson, Spring Street bazarında ehtiyacı olan hər kəsə - qara və ya ağ demədən pulsuz yemək paylayırdı.




O, yaşlandıqda Los-Ancelesdə sevgi ilə "Biddi xala" və ya "Meyson nənə" kimi tanınırdı.


 


1891-ci ildə 73 yaşında vəfat edəndə, o dövrdə 300.000 dollar dəyərində sərvət toplamışdı və bu sərvəti başqalarına kömək etmək üçün istifadə etmişdi, 2023-cü ilə qədər isə onun miras qoyduğu sərvəti artıq 9 milyon dollardan çox idi.




Hər vəziyyətdə açıq əlli olmaqdan danışan Biddi Meyson, ətrafındakı hər kəsə açıq əllərin müqəddəsliyini və verdiyi şeyin müqabilində Tanrıdan bol-bol geri aldığını da təbliğ edirdi.


 


 


Aynil


Sfera.az