Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az  xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Hüseyn Həsənli Mansur oğlunu avtomobil vurub.


 


Qəza nəticəsində azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.


 


Faktla bağlı araşdırma aparılır.