Goranboyda piyada avtomobil vurması nəticəsində həyatını itirib.
Sfera.az bildrir ki, hadisə Goranlı kəndində baş verib.
Vətən müharibəsi qazisi Bəxtiyar İlqaroğlu idarə etdiyi avtomobillə yolu qarşı tərəfə keçmək istəyən piyada Zaur Hüseynovu vurub.
Yaralı əvvəlcə Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o daha sonra Gəncədə yerləşən tibb müəssisələrinin birinə köçürülüb.
Həkimlərin səyinə baxmayaraq, piyanın həyatını xilas etmək mümkün olmayıb./bizimmedia