Numerologiyaya görə insanın doğum tarixi onun xarakter xüsusiyyətləri, davranış tərzi və hətta insanlarla münasibətlərinə qədər bir çox məqamı müəyyən edə bilir. Numeroloqlar hesab edir ki, doğum tarixində gizlənən rəqəmlər insanın həyat yolu rəqəmini formalaşdırır və bu rəqəm şəxsiyyətin əsas xüsusiyyətlərini ortaya çıxarır. Mütəxəssislərin fikrincə, bəzi rəqəmlər eqoizmə daha çox meyillilik yarada bilir.
Sfera.az bildirir ki, numeroloqların fikrincə, həyat yolu rəqəmi 1 olan insanlar güclü liderlik xüsusiyyətlərinə malikdir. Onlar müstəqil qərar verməyi sevir, başqalarının təsirinə düşmək istəmirlər. Lakin bu xüsusiyyət bəzən öz fikirlərini hər şeydən üstün tutmaq və başqalarının hisslərini nəzərə almamaq kimi görünə bilər. 5 rəqəmi azadlıq yönümlü eqoizmi təmsil edir. Bu rəqəm dəyişiklik və macəra ilə əlaqələndirilir.
Numeroloqlar bildirib ki, bu insanlar öz rahatlıqlarını və seçimlərini prioritet saydıqları üçün münasibətlərdə bəzən eqoist kimi qəbul edilirlər. Onlar məhdudiyyətləri sevmir və şəxsi sərbəstliklərini qorumağa çalışırlar. 8 rəqəmi isə güc və ambisiya eqoizmi ilə əlaqələndirilir. Həmçinin bu rəqəm maddi uğur və hakimiyyət enerjisi kimi də dəyərləndirilir.
Numerologiya üzrə mütəxəssislər hesab edir ki, bu rəqəmə sahib şəxslər məqsədlərinə çatmaq üçün emosional məsələləri ikinci plana ata bilər. Bu isə onları ətrafdakılara qarşı soyuq və ya eqoist göstərir. Numeroloqlar vurğulayıb ki, eqoizm hər zaman mənfi məna daşımır. Müəyyən səviyyədə özünü düşünmək insanın şəxsi sərhədlərini qorumasına, məqsədlərinə fokuslanmasına və həyatda uğur qazanmasına kömək edir. Problem yalnız bu xüsusiyyət başqalarının hüquq və hisslərini kölgədə qoyduqda yaranır.
Bəsti Rəfizadə
Sfera.az