Şanxayda 7500 tonluq məktəb binası robotlarla daşınıb.
Sfera.az xəbər verir ki, metronun tikintisi ilə əlaqədar bir məktəb binasının köçürülməsi üçün 198 kiçik xüsusi robotdan istifadə olunub.
Belə ki, 7500 ton ağırlığında olan məkəb binası 18 gün ərzində ehtiyatla və zərgər dəqiqliyi ilə 62 metr hərəkət etdirilib və binada heç bir çat yaranmayıb. 1935-dən qalan bu bina tarixi tikili olduğu üçün sökülməyərək daşınıb.
Bu texnoloji əməliyyat, urbanizasiya ilə tarix və infrastrukturu qorumağın ən innovativ nümunələrindən biri sayılır.
Firuzə Əliyeva
Sfera.az