BMT-nin nümayəndəsi Məhəmməd Safa ABŞ-nin İrana nüvə zərbəsi hazırladığını bildirib və 30 martda BMT-dəki vəzifəsindən istefa verib.


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, BMT-də Tehrana qarşı nüvə silahından istifadəyə hazırlıqla bağlı müzakirələri açıqlamaq üçün istefa verib.


 


Onun sözlərinə görə, bu, sanki qaçılmaz bir şey kimi müzakirə olunub.


 


“İnsanlar vəziyyətin ciddiliyini anlamırlar. İşləri və arzuları olan 10 milyon adi insanın nüvə silahı ilə məhv edilməsi planlaşdırılır!”, - deyə o qeyd edib.


 


O, “nüvə qışı”nın nəticələrinə diqqət yetirməyə və hətta bir nüvə başlığının partlaması halında dünyanın hansı nəticələrlə üzləşəcəyini araşdırmağa çağırıb.


 


Məhəmməd Safanın istefası həm də BMT-yə ünvanlanmış bir xəbərdarlıq kimi qiymətləndirilir.


 


Firuzə Əliyeva

Sfera.az