İran Silahlı Qüvvələrinin “Xətəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfəqari ABŞ-yə sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ heç vaxt Hörmüz boğazına nəzarət edə bilməyəcək.
Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Zülfəqari bildirib ki, İranın düşmənləri tərəfindən edilən strateji səhvlər onları alçaldıb və məhv yoluna gətirib.
“Onlar yanılırlar, düşünərlər ki, informasiya müharibəsi, guya qabaqcıl silah və texnika nümayişi, həmçinin uşaqlara, qadınlara, kişilərə, alimlərə və cəsur Silahlı Qüvvələr komandirlərinə qarşı terror aktları vasitəsilə güclü və qürurlu İrani təslim olmağa məcbur edə bilərlər. İran heç vaxt tarix boyu düşmənlərin qarşısında baş əyməyib və Hörmüz boğazına nəzarət etmək xəyallarını həyata keçirə bilməyəcəklər. Bu xəyalları onlar həmişəlik basdıracaqlar”, - deyə Zülfəqari bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, yaxın vaxtlarda atəşkəs haqqında razılıq əldə edilməsə və Hörmüz boğazı açılmasa, ABŞ İranın bütün elektrik stansiyalarını, neft quyularını və Fars körfəzindəki Xark adasını məhv edəcək.
Bəsti Rəfizadə
Sfera.az