Bir il əvvəl infarkt nəticəsində dünyasını dəyişən məşhur müğənni Volkan Konakın həyat yoldaşı Selma Konak sosial mediada emosional paylaşım edib.
Sfera.az xəbər verir ki, Selma Konak paylaşımında əri olmadan keçirdiyi 365 günü və həsrətini tək bir foto ilə ifadə edib. Fotoşəkildə əri ilə birlikdə keçirdiyi dəyərli anları xatırlayan Selma Konak, Volkan Konakın yoxluğunun hələ də ürəyində böyük boşluq yaratdığını və onu dərin sevgi ilə yad etdiyini bildirib. O, paylaşımında bunları qeyd edib:
“Əzizim Volkan, sənsiz bir il keçdi. Sənin yoxluğun hələ də ürəyimdədir. Səninlə olmaq bir ömürdən daha qiymətli idi. Səni itirmək sözlə ifadə edilə bilməz. Amma bilirəm ki, sən hər sözdə, hər mahnıda və hər xatirədə yaşamağa davam edəcəksən. Sənin yoxluğun hələ də eyni dərəcədə ağırdır”.
S. Konakın bu paylaşımı sosial mediada izləyicilər tərəfindən böyük kədər və həsrət hissi ilə qarşılanıb. Onun sözləri həm əri ilə bağlı xatirələri, həm də itkinin verdiyi dərdi vurğulayaraq izləyicilərin ürəyinə toxunub.
Mənsumə
Sfera.az