Kriştiano Ronaldo "Mançester Yunayted" və "Real Madrid" komanda yoldaşı olmuş Kazemironu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda ona qoşulmağa razı salmağa çalışır.


 


Sfera.az xəbər verir ki, Portuqaliyalı ulduzun məqsədi, həm komanda yoldaşı ilə bir daha birlikdə oynamaq, həm də Səudiyyə klublarının getdikcə yüksələn maliyyə imkanlarından faydalanmaqdır.


 


Hazırda Braziliyalı futbolçunun "Old Trafford"dakı müqaviləsinin sonuna yaxınlaşdığı bildirilir. Bu səbəbdən yay transfer pəncərəsində onun "İnter Mayami"yə keçməsi ilə bağlı ciddi müzakirələr getməkdədir. Lakin Ronaldo, Kazemironu "Əl-Nəsr"də oynamağın həm idman, həm də maliyyə baxımından daha cəlbedici olacağına inandırmağa çalışır.


 


Niyaz Hacıyev

Sfera.az