Polşa Prezidenti Karol Navrotski ABŞ-nin Dallas şəhərində Polşa diaspor nümayəndələrini mükafatlandırarkən xəsarət alıb.


 


Sfera.az bu barədə Varşavada çıxan "Fakt" qəzetinin məlumatına əsasən xəbər verir.


 


Nəşrin məlumatına görə, mərasim zamanı Navrotski daim baş barmağına baxıb. Məqalədə deyilir ki, bir neçə dəqiqə sonra prezidentə sarğı qoyulub və bu, diqqətli fotoqraflar tərəfindən görülüb.


 


Nəşr Polşa prezidentinin medallardan birinin sancağına özünü kəsmiş ola biləcəyini ehtimal edirdi. Lakin dəqiq səbəb məlum deyil. Jurnalistlər qeyd ediblər ki, Navrotski çıxışında bu kiçik hadisədən bəhs etməyib.


 


Firuzə Əliyeva

Sfera.az