Türkiyəli müğənni Kuşum Aydın yenidən gündəmə gəlib. Daha əvvəl də tez-tez kosmetik prosedurları ilə diqqət çəkən sənətçi bu dəfə üzündəki köhnə dolğuları çıxarmaq üçün əməliyyat olunub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, əməliyyatdan sonra yeni görünüşünü sosial media hesabında paylaşan Kuşum Aydının üz cizgilərindəki dəyişikliklər diqqətdən yayınmayıb. Xüsusilə dodaq və yanaq nahiyəsindəki fərqlər izləyicilər tərəfindən geniş müzakirə olunub. Paylaşılan fotolarda müğənninin üzünün əvvəlki ilə müqayisədə daha dar göründüyü, dodaqlarının isə daha aydın forma aldığı müşahidə edilir.
Sosial şəbəkə istifadəçilərinin bir qismi yeni görünüşü daha təbii hesab etdiyini bildirərkən, digərləri dəyişimin kifayət qədər nəzərə çarpdığını qeyd ediblər. Kuşum Aydının əməliyyatdan sonrakı görüntüsü qısa müddətdə medianın diqqət mərkəzinə çevrilib.
Fidan Hacızadə
Sfera.az