İngiltərənin kosmik texnologiyalar şirkəti “Pulsar Fusion” tarixdə bir ilkə imza ataraq nüvə birləşməsi raket mühərrikində plazmanı uğurla işə saldığını açıqlayıb. Bu nailiyyət gələcək kosmik səyahətlərdə inqilabi dəyişikliklərə yol açacaq.
Sfera.az xəbər verir ki, alimlərin verdiyi məlumata görə, Günəşin enerji istehsalını təqlid edən yeni nəsil raket mühərrikində plazma uğurla yaradılıb. Sistem kosmik gəmilərin saatda 800 min kilometr sürətə çatmasına imkan verərək ənənəvi sistemlərdən 1000 dəfə daha çox itmə gücü təqdim edir. Ekspertlər bildiriblər ki, bu texnologiya ilə Mars missiyaları aylarla davam edən səfərlər yerinə yalnız bir neçə həftəyə tamamlanacaq, kosmonavtların kosmosdakı sağlamlıq riskləri isə əhəmiyyətli dərəcədə azalacaq. “Pulsar Fusion” şirkəti bu tarixi testi Kaliforniyada keçirilən MARS Konfransında canlı yayımlayıb. Şirkətin CEO-su Riçard Dinan əldə olunan nəticəni “möhtəşəm bir an” kimi qiymətləndirib.
Şirkət bildirib ki, kosmosun vakuumu və aşağı temperaturu Yer üzündə idarə olunması çətin olan nüvə birləşməsi reaksiyaları üçün ideal mühit yaradıb. Gələcəkdə plazmanı daha effektiv qorumaq və sistemi təkmilləşdirmək üçün daha güclü superkeçirici maqnitlər ilə sınaqlar davam etdiriləcək.
Bəsti Rəfizadə
Sfera.az