Bu gün Sumqayıt şəhər Məhkəməsində "tik-Tok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayevanın məhkəmə prosesi keçirilib.


 


Sfera.az xəbər verir ki, məhkəmə tərkibi Aysel Mustafayevanın həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.


 


Xatırladaq ki, "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva "tik-tok" sosial şəbəkəsində söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb.


 


O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.


 


Mustafayeva 2025-ci ilin avqustunda Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.


 


Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


 


Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. (Lent.az)