İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri, general-leytenant Cəmşid Eşaqi ABŞ və İsrailin həyata keçirdiyi iddia olunan hava hücumu nəticəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri, general-mayor Əhməd Vəhidi açıqlayıb. Onun sözlərinə görə, hücum zamanı Cəmşid Eşaqi ilə yanaşı, ailə üzvlərindən bir neçəsi də həyatını itirib. Əhməd Vəhidi hadisəni “terror hücumu” kimi qiymətləndirib. “Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eşaqinin və onun bir neçə ailə üzvünün Amerika-sionist cinayətkarlarının terror hücumu nəticəsində şəhid olması münasibətilə təbrik edir və başsağlığı verirəm”, - deyə o bildirib.
Bəsti Rəfizadə
Sfera.az