Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Avropa İttifaqının enerji böhranı ilə bağlı mövqeyini tənqid edib.


 


Sfera.az xəbər verir ki, Dmitriyev sosial şəbəkə platforması X-də paylaşım edərək Aİ-ni enerji risklərini gec qiymətləndirməkdə ittiham edib. O, paylaşımını hərəkət edən tısbağanın animasiya şəkli ilə müşayiət edib.


 


Rusiyalı rəsmi paylaşımında bildirib:


 


“Bir ay gecikmə! Gəlin tarixdə Aİ-nin çox yavaş məlumatlılığını, reaksiyasını və Rusiya enerjisindən imtina etməyin ölümcül səhvini etiraf etmək istəməməsini qeyd edək”.


 


Dmitriyevin açıqlaması Avropa Komissiyasının üzv dövlətlərə enerji təhlükəsizliyi ilə bağlı etdiyi çağırışdan sonra səsləndirilib. Daha əvvəl “Reuters” agentliyi Avropa Komissiyasının Enerji məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin enerji nazirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası İranda davam edən silahlı münaqişə fonunda qlobal enerji bazarlarında mümkün uzunmüddətli fasilələrə hazırlaşmağı tövsiyə edib.


 


Məktubda qeyd olunub ki, hazırda enerji böhranının Avropanın enerji təchizatına təsiri məhduddur, lakin hökumətlərə potensial riskləri nəzərə alaraq vaxtında hazırlıq görmək çağırışı edilib.


 


Bəsti Rəfizadə


Sfera.az