Pakistandakı Bahria Tibb Elmləri Universitetində aparılan araşdırmaya görə, gündə təxminən 6 saat telefon istifadə edən insanlarda saçların ağarması ehtimalı digərlərinə nisbətən yeddi dəfə yüksəkdir. 




Sfera.az-ın məlumatına görə, alimlər həmçinin müəyyən ediblər ki, bu şəxslərin təxminən dörddə üçündə gözaltı torbalar və tünd dairələr müşahidə olunur.




Araşdırmada bu hallar əsasən cihazların yaydığı mavi işıqla əlaqələndirilir. Mütəxəssislər telefondan istifadə etməzdən əvvəl günəşdən qoruyucu krem çəkməyi və ya ekranlara ultrabənövşəyi filtrlər əlavə etməyi tövsiyə edərək bu risklərin azaldıla biləcəyini bildirirlər.


 


Niyaz Hacıyev

Sfera.az