Ağdamda 19 yaşlı qıza dayısı oğlu bıçaqla xəsarət yetirib.


 


Sfera.az bildirir ki, bıçaqlanma hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.


 


Rayon sakini Cəfərova Leyla üz nahiyyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


L.Cəfərovanın xəstəxanada bildirdiyinə görə, onu öz dayısı oğlu bıçaqlayıb.


 


L.Cəfərova ətir satıcısı kimi işləyir.




Faktla bağlı araşdırma başlanıb.