Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçkisi keçiriləcək.



 


Sfera.az xəbər verir ki, İttifaqdan bildirilib ki, İdarə Heyətinin məsələ ilə bağlı iclasını mayın 8-də keçirmək planlaşdırlıb.




Yeni sədrin İdarə Heyətinin üzvləri arasından seçiləcəyi gözlənilir.



 


Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətində 37 nəfər təmsil olunur. Onlar aşağıdakılardı:

 




Anar – Xalq yazıçısı, AKİ katibi



Nizami Abbas - Operator, rejissor, Əməkdar incəsənət xadimi



Adil Abbasov - Kinooperator, Əməkdar incəsənət xadimi



Suğra Bağırzadə - Aktrisa, Əməkdar artist



Nadir Bədəlov - Sənətşünas, ssenarist, AKİ katibi



Əli İsa Cabbarov - Kinorejissor, prodüser



Akif Əli - Filoloq alim, AKİ katibi



Tahir Əliyev - kinorejissor, AKİ katibi



Şamil Əliyev - Kinorejissor



Azər Əsgərov - Bəstəkar



Əmir Hacılı - Ssenarist, jurnalist



Türkan Hüseynova - Kinorejissor, prodüser, AKİ katibi



Fatimə İbrahimbəyova – Prodüser



Mahirə İsgəndərova - Aktrisa



Kamran Qasımov - Kinorejissor, ssenarist



Arzu Qulamov - Kinoejissor, prodüser



Cəmil Quliyev - Kinorejissor, Əməkdar incəsənət xadimi



Eldəniz Quliyev - Ssenarist



Xalidə Quliyeva - Aktrisa, Əməkdar artist



Firəngiz Qurbanova - Rejissor, Əməkdar incəsənət xadimi



Rəfail Qəmbərov - Kinooperator, Əməkdar incəsənət xadimi



Cahangir Mehdiyev - Kinorejissor, Əməkdar incəsənət xadimi



Məbud Məhərrəmov - Aktyor, Xalq artisti



Rövşən Məmmədov - Rejissor, ssenarist, aktyor



Şəfiqə Məmmədova - Xalq artisti, professor



Amil Məmiyev - Kinorejissor



Baba Məsimov - Şair, Əməkdar incəsənət xadimi, AKİ katibi



Mirbala Səlimli - Rejissor, ssenarist, Əməkdar incəsənət xadimi, aki katibi



Oktay Mir-Qasım - Xalq artisti, professor



Ramiz Mirzəyev - Xalq artisti, AKİ katibi



Vaqif Mustafayev - Xalq artisti, professor, AKİ katibi



Həmidə Ömərova - Xalq artisti, AKİ katibi



Oleq Səfərəliyev - Rejissor, AKİ katibi



Sevda Sultanova - Kinotənqidçi



Ziya Şıxlinski - Rejissor, Əməkdar incəsənət xadimi, AKİ katibi



Şükufə Yusupova - Aktrisa, Xalq artisti (Modern.az)