21 yanvar 2019-cu ildə Argentinalı futbolçu Emiliano Sala və pilotunu daşıyan “Piper Malibu” təyyarəsi Fransanın Nant şəhərindən Kardiff şəhərinə uçarkən La-Manş boğazına düşüb.




Qəzadan sonra ölən futbolçunun transferinin yekunlaşmadığını iddia edən “Kardiff” futbol klubu itirilmiş gəlirə görə FiFA məhkəməsində “Nantes”ə təxminən 100 milyon avroluq kompensasiya iddiası qaldırıb. Məhkəmə illərlə davam edib. 


 


Sfera.az bildirir ki, “Kardiff Siti” klubunun irəli sürdüyü 103 milyon funt sterlinqlik təzminat iddiası Fransa məhkəməsi tərəfindən rədd edilib.




Klub aşağı liqaya düşmələrini Salanın ölümü ilə əlaqələndirib. 


 


Birinci Liqa klubu “Nantes” klubunu səhlənkarlığa görə məhkəməyə vermiş və 120 milyon avro (103 milyon funt sterlinq, 137,6 milyon dollar) təzminat tələb etmişdi.


 


“Kardiff” kompensasiyanı Çempionşipə düşdüyünə görə itirilmiş gəlir və klubun dəyərinin azalması üçün tələb edirdi.


 


Həmin ilin yanvar ayında Salanın ölümü zamanı “Kardiff” Premyer Liqada yarışan bir komanda idi. Onlar 2018-2019 mövsümünü 18-ci yerdə başa vuraraq aşağı liqaya düşdülər. “Kardiff” iddia edirdi ki, Salanın qolları onları yüksək liqada saxlaya bilərdi.


 


Lakin, Kardiffin iddiası bazar ertəsi günü Nantes Kommersiya Məhkəməsində rədd edilib.


 


Bunun əvəzinə, onlardan "Nant" klubuna 300.000 avro təzminat və əlavə 180.000 avro hüquqi xərclər ödəmələri tələb edilib. Qeyd edək ki, Sala yeni klubuna gedərkən 28 yaşında vəfat edib.


 


O, 21 yanvar 2019-cu ildə olduğu təyyarənin İngilis Kanalına düşməsi nəticəsində həyatını itirib. Argentinalı hücumçu klub rekordu olan 15 milyon funt sterlinqlik müqavilə ilə "Nant"dan “Kardiff”ə transfer olunmuşdu. O, Fransadan Uelsə gedirdi və ilk məşqindən əvvəl yeni komanda yoldaşları ilə görüşməli idi.


 


59 yaşlı pilot Devid İbbotson da qəzada həlak olub. Onun cəsədi hələ tapılmayıb.


 


“Kardiff” hələ də iddia edir ki, “Nantes” məsuliyyət daşıyır və uçuşu transferi Liqa 1 klubu adından çıxış edən və hazırda rəhbərliyin qadağası altında olan Villi Makkey təşkil edib. “Nantes” isə iddiaları təkzib edir.


 


Aynil


Sfera.az