Meqan Marklın atası özündən 35 yaş kiçik filippinli tibb bacısı ilə yeni sevgi münasibətinə başlayıb. Tomas Markl verdiyi açıqlamada nəhayət öz xoşbəxtliyini tapdığını bildirərək, bütün dünyanı heyrətləndirib.


 


Sfera.az bildirir ki, 81 yaşlı Tomas Markl bu xəbəri mediaya verdiyi müsahibədə açıqlayıb. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında qan laxtalanması səbəbindən onun sol ayağı dizdən aşağı amputasiya edilmişdi. Xəstəxanada qaldığı müddətdə Tomas Marklla 46 yaşlı tibb bacısı Rio Kanedo ilə arasında münasibət başlayıb. 


 


"Heç vaxt düşünməzdim ki, bu yaşımda yenidən sevinc və xoşbəxtlik tapa bilərəm. Uzun illər özümü tərk edilmiş və kədərli hiss etdim, amma indi yenidən həyatdan zövq alıram. Bu qədər çətin təcrübədən sonra, mənə bu qədər qayğı göstərən belə xüsusi bir insanı tapdığım üçün özümü həqiqətən şanslı hiss edirəm"- deyə o bildirib.


 


Tomas Markl etiraf edib ki, Rio ilə münasibətləri bəzilərinə qəribə görünə və tənqid oluna bilər. Lakin o, başqalarına sevgi tapmaq üçün heç vaxt gec olmadığını göstərmək üçün xoşbəxtliyini bölüşməyə qərar verdiyini bildirib.


 


"Bilirəm ki, bəzi insanlar incidici sözlər deyəcəklər, amma vecimə deyil. Bu barədə danışmaq istəyirəm, çünki heç vaxt bir daha xoşbəxt olacağımı düşünməmişdim. İnsanların bilməsini istəyirəm: rahatlıq və sevgi tapmaq üçün heç vaxt gec deyil. Dünyada çoxlu pis şeylər baş verir və hekayəm tək bir insana belə bir damla ümid verə bilsə, xoşbəxt olaram. İnsanlar nifrət qusa bilərlər, amma açığı, mənim vecimə deyil. Həyat yaşanmaq üçündür. Həyatda sevgidən daha vacib bir şey yoxdur"- deyə Tomas Markl bildirib.


 


Aynil


Sfera.az