Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


 


Bildirilib ki, paytaxtın Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızması aradan qaldırılacaq.


 


Bu məqsədlə aprelin 1-də saat 10:00-dan etibarən Sahil, Qala və Buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.