Bakıda 57 yaşlı kişi və arvadı dəm qazından zəhərlənərək ölüb.


 


Sfera.az Report-a istinadla xəbər verir ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadı kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.


 


Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.