Danimarkada qadınlar üçün məcburi hərbi xidmətin tətbiqindən sonra ölkədə Kral Ailəsi Şahzadə İzabellanın yeni sistem çərçivəsində 11 ay hərbi təlim keçəcəyini açıqlayıb. Bu, ölkədə hərbi xidmətə qatılacaq ilk qadın şahzadə nümunəsi kimi tarixə düşəcək.
Sfera.az xəbər verir ki, Danimarka Kral Ailəsinin rəsmi saytında yayılan açıqlamaya görə, 18 yaşlı Şahzadə İzabella bu yay orta məktəb diplomunu alacaq və qadınlar üçün tətbiq olunan məcburi hərbi xidmətin bir hissəsi olaraq Qvardiya Süvari Alayında təlim keçəcək.
Şahzadə İzabella avqust ayında orduda xidmətə başlayacaq. Kral Frederik və Kraliça Məryəmin qızı olan İzabella ölkədə hərbi xidmət keçən ilk qadınlardan biri olacaq.
Məlumata görə, hərbi təlim 11 ay davam edəcək və iki mərhələdən ibarət olacaq. 5 ay əsas hərbi hazırlıq, ardınca 6 ay əməliyyat təlimi. Bu müddət ərzində Şahzadə müxtəlif hərbi bacarıqları öyrənəcək və real əməliyyat şəraitinə uyğun təcrübə toplayacaq.
Qeyd edək ki, Danimarkada qadınlar üçün məcburi hərbi xidmət 2025-ci ilin iyul ayında tətbiq olunub. Məqsəd, ölkənin müdafiə qüvvələrini gücləndirmək və qadınların ordu sistemində daha fəal iştirakını təmin etməkdir.
Mənsumə
Sfera.az