“NOW” TV də yayımlanan və qısa zamanda diqqət mərkəzinə çevrilən “Yeraltı” serialının aktyor heyətinə daha bir məşhur isim daxil olub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, baş rollarında Uraz Kaygılaroğlu, Deniz Can Aktaş, Devrim Özkan və Sümeyye Aydoğanın yer aldığı serial yayımlandığı ilk gündən müsbət rəylər almağa davam edir. Cinayətkar dünya ilə intiqam arasında qurulan təsirli sevgi hekayəsini tamaşaçıya təqdim edən efir işi hər bölümü ilə gündəmdə qalmağı bacarır. Rejissoru Murat Öztürk, ssenaristi isə Berna Aruz olan “Yeraltı” serialına yeni aktyorun qatıldığı məlum olub. Yayılan məlumata görə, tanınmış aktyor Cemal Hünal serialın heyətinə qoşulub. Cemal Hünalın canlandıracağı obraz və onun hekayədəki xətti artıq indidən maraq doğurur. Bildirilir ki, seriala gərginlik qatacaq aktyor bu həftə etibarilə çəkiliş komandasına qoşulacaq.
Fidan Hacızadə
Sfera.az