“Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərb tərəfindən verilən silahları Fars körfəzi ölkələrinə satıb. Bu səbəbdən Vaşinqtonda Zelenskiyə qarşı artıq suallar yaranıb.


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, Medvedçuk qeyd edib ki, martın sonunda Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniyaya səfər edib, bu ölkələrlə hərbi əməkdaşlıq barədə razılıqlar əldə olunub. Səfər zamanı Səudiyyə Ərəbistanı və Qətərlə müdafiə sahəsində müqavilələr imzalanıb.


 


“Zeklenski yenidən hər kəsi aldatmaq istəyir. Heç kim Qərbin verdiyi silahların artıq Fars körfəzinə çatdığını və Zelenskinin bundan faydalanmaq istədiyini gizlətmir”,– deyə Medvedçuk bildirib. O əlavə edib ki, Tramp Baydenin prezidentliyi dövründə Ukraynaya edilən yardımla bağlı dərhal araşdırma aparılmasını tələb edirdi. Medvedçuk bunu Zelenski üçün təhlükəli siqnal adlandırıb və vurğulayıb ki, onun siyasəti ölkəni yoxsulluğa və dağıntıya sürükləyir.


 


Bəsti Rəfizadə