Məşhur türk müğənnisi İbrahim Tatlıses yaxın dostu Hülya Avşar barədə açıqlama verib.
Sfera.az xəbər verir ki, Tatlıses bildirib ki, Hülya həftənin beş günü ona zəng edir və vəziyyətini soruşur: “Hülya həmişə zəng edib soruşur. Nə edirsən, necəsən, yaxşısan, sağlamlığın yaxşıdır?”,– deyə müğənni qeyd edib.
Qeyd edək ki, keçmiş dövrün ən məşhur iki siması olan İbrahim Tatlıses və Hülya Avşar arasındakı dostluq uzun illərdir davam edir. Onlar bir çox filmdə birgə rol alıblar. Xüsusilə Tatlısesin Qazaxıstanın Almatı şəhərində keçirdiyi ilk konsertində Hülya Avşarı xüsusi təriflədiyi bildirilib. Müğənni həmçinin, Hülya Avşarla birgə rol aldığı “Aşıksın” filmini izləyərkən emosional anlar yaşayıb. Onun narahat davranışı izləyicilərin diqqətindən yayınmayıb və şərhlərdə Hülya Avşarın dəstəyi yüksək qiymətləndirilib.
Mənsumə
Sfera.az