Qəzza şəhərindəki köçkün düşərgələrində uşaqların oynadığı “dəfn oyunu” sosial mediada geniş yayılıb. 




Sfera.az xəbər verir ki, uşaqlar kuklalar və xərəklər vasitəsilə dəfn mərasimlərini təqlid edirlər.


 


Şəkillərdə onların kuklaları xərəyə qoyaraq daşıdıqları və mərasimləri sanki gerçək kimi canlandırdıqları görünür. Bu, həm bir oyun, həm də yaşadıqları travmatik hadisələri anlamaq və ifadə etmək üsulu kimi qiymətləndirilir.




Psixoloqlar bildirirlər ki, belə təcrübələr uşaqların emosional inkişafına ciddi təsir edə bilər. Ölüm və zorakılıqla erkən yaşda qarşılaşmaq uzunmüddətli travma, qorxu, hüzn və etibarsızlıq hisslərinin formalaşmasına səbəb olur. Uşaqların yaşadıqları bu vəziyyət onların sosial münasibətləri, təhsili və gələcək həyatına da təsir edə bilər.

Qəzzalı uşaqların kuklalarla keçirdikləri bu oyun müharibənin sadəcə fiziki zərbələrini deyil, həm də psixoloji və emosional təsirlərini açıq şəkildə göstərir. Bu görüntülər münaqişənin ən zəif və müdafiəsiz qurbanlarının uşaqların yaşadığı dəhşəti bir daha ortaya qoyur.




Xatırladaq ki, İsrailin hücumları minlərlə mülki şəxsin həyatına son qoyub. 7 oktyabr 2023-cü ildən bəri bombardmanlar nəticəsində 72 280 nəfər ölüb, 172 014 nəfər yaralanıb. 


 


Mənsumə

Sfera.az