Bosniya və Herseqovinanın 21 yaşadək futbolçulardan ibarət gənclər komandası Avropa çempionatının seçmə mərhələsi matçından əvvəl İsrail milli komandasının oyunçuları ilə əl sıxmaqdan imtina edib.


 


Sfera.az xəbər verir ki, jurnalist Leyla Hamedin "X"də yayımladığı videoda İsrail oyunçularının əl uzadaraq bosniyalılara təşəbbüs göstərdiyi görünür.




Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən İsrail milli komandaları ev oyunlarını neytral meydanda keçirirlər. Bosniya və Herseqovina ilə İsrail arasındakı oyun Macarıstanda baş tutub və 0-0 hesabı ilə yekunlaşıb. 2027-ci il 21 yaşadək futbolçular arasında Avropa çempionatı Serbiya və Albaniyada keçiriləcək.


 


Niyaz Hacıyev

Sfera.az